Qonşusunun evidən 8 min manat qızıl oğurlandı - FOTO
25
okt
2019
22:17
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 18-də Tovuz Rayon Polis Şöbəsinə rayonun Qovlar şəhər sakini ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslərin onun yaşadığı evə qanunsuz daxil olaraq, oradan 8000 manat dəyərində qızıl-zinyət əşyaları oğurladığını bildirib. BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Qovlar şəhər sakini, Ayaz Qasımov saxlanılaraq şöbəyə gətirilib. Dindirilmə zamanı o törətdiyi əməli etiraf edib. "Bazara gedirdim. Gördüm evdə heç kim yoxdur. İşıq keçili idi. Çəpərdən həyətə düşdüm. Pəncərəni qırıb birinci otağa girdim. Birinci otaqdan heçnə tapmadım. İkinci otaqda pencəyin cibindən qızılları götürüb çıxdım".A.Qasımov barəsində artıq Azərbaycan Respublikasının 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi açılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Fəhlə işlədiyi evi qarət etdi - FOTO
İsmayıllı rayonunda fəhlə işlədiyi evdən oğurluq edib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bununla bağlı İsmayıllı ray...