Qobustanda şəhid ailəsinin evindən oğurluq edən şəxs saxlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qobustanda şəhid ailəsinə məxsus evdən oğurluq edən şəxs tutulub.
DİN-dən BAKU.WS-ə verilən məlumata görə, qobustan rayonunun Nabur kəndində yerləşən şəhid ailəsinə məxsus evdən məişət əşyalarının oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Müraciət əsasında polis əməkdaşları hadisə yerində olub, zəruri prosessual hərəkətlər yerinə yetirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi, əvvəllər də məhkum olunmuş Ceyhun Abdulalıyev tutularaq istintaqa təhvil verilib. O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarını metal qəbulu məntəqələrinə satdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda 22 evdən su sayğacları oğurlayan şəxs saxlanılıb - VİDEO
Binəqədi rayonunda müxtəlif ünvanlarda quraşdırılan 22 ədəd su sayğacını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən BAKU.WS-ə veril...