Qırmızı Körpü gömrük postunda bəyan edilməyən 300 mobil telefon aşkarlanıb
Qırmızı Körpü gömrük postunda bəyan edilməyən 300 mobil telefon aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks gömrük nəzarəti tədbirləri nəticəsində mobil telefonların qanunsuz yolla ölkəyə keçirilməsi cəhdinin qarşısı alınıb.
"Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postundan keçməklə ölkə ərazisinə yüksüz daxil olan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqu hissəsində gömrük orqanına bəyan edilməyən 300 ədəd mobil telefon aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır",-deyə məlumatda bildirilib.
Oxşar xəbərlər
Salyandakı qəzada ölənlərin FOTOLARI
Salyanda ağır yol qəzasında ölənlər daş bazarında işləyən sürücü və fəhlələr olub. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Salyanın Şorsulu kəndindən ol...