“Qırmızı Kitab”a düşmüş quşları ovlayan şəxs saxlanıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsi ilə Qızılağac Milli Parkının əməkdaşları ekoloji cinayətləri törədənlərə qarşı birgə uğurlu reyd keçiriblər.
BAKU.WS xəbər verir ki, Masallı rayonu Qədirli kəndində Qızılağac Milli Parkının xüsusi mühafizəsinin hüquqi rejim tətbiq edilən zonasında olan Böyük körfəz su sahəsində qanunsuz ov edən həmin kəndin sakini, 1968-ci il təvəllüdlü Çingiz Əməs oğlu Əmiraslanov saxlanılıb.
Yoxlama zamanı ondan 1 ədəd taxta qayıq, 1 ədəd taxta avar, 1 ədəd qoşalüləli, sənədi olmayan, nömrəsiz ov silahı və həmin ov silahı ilə qanunsuz ovladığı 1 ədəd adi qaşqaldaq, 2 ədəd ördək və Qırmızı Kitaba düşən 1 ədəd Sultan toyuğu aşkar edilərək maddi sübut kimi götürülüb.
Nəticədə təbiətə dəymiş maddi ziyanın məbləği 1039 manat 50 qəpik müəyyən olunub. Faktla bağlı Su NPİ-nin Lənkəran XPŞ-də təhqiqat araşdırması aparılır.
Qalereya
Oxşar xəbərlər
Balıqları donuz, it saxlandığı zibilxanada hisə verən şəxs saxlanıldı – VİDEO
İnsan sağlamlığına ciddi təhlükə yaradan, antisanitariya şəraitində hisə verilmiş balıqların hazırlanıldığı qanunsuz sex aşkar edilib.BAKU.WS xəbər verir ki, bu...