“Nikosayağı”nın avtoqəzadan sonra pulqabısı və telefonları oğurlanıb? - DİN-dən AÇIQLAMA - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) gecə saatlarında “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin paytaxtın Nizami rayonu ərazisində törətdiyi yol-nəqliyyat hadisəsi zamanı pulqabısı və telefonlarının oğurlanması barədə yayılan məsələyə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bloqerin pulqabısı və telefonlarının oğurlanması barədə quruma heç bir müraciət daxil olmayıb.
***12.05
Gecə saatlarında ağır avtomobil qəzasına düşən bloger Nicat Şakirlinin pul qabını və telefonunu oğurlayıblar.
BAKU.WS xəbər verir ki, bu barədə aparıcı və bloger Ramal İsayev bildirib:
"Dünən axşam o vəziyyətdə Nicatın telefonlarını və pulqabısını oğurlayıblar! Bunu edənlər tapılıb cəzalandırılacaq! Bu qədər də yox!”
Oxşar xəbərlər
“Nikosayağı”nın törətdiyi dəhşətli qəzanın görüntüləri - ANBAAN VİDEO
“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsinin görüntüsü yayılıb. BAKU.WS xəbər verir ki, hadisənin baş vermə anı təhl...