Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Hadisə 4

Ötən ilin noyabrın 2-də Binəqədi rayonu ərazisində 1986-cı il təvəllüdlü Zülfiyyə Xamoyevanın qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanılmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə report-a Binəqədi Rayon Prokurorluğundan bildirilib.

Bildirilib ki, istintaqla 1981-ci il təvəllüdlü Qədir Qasımovun tanışı Zülfiyyə Xamoyevanın yaşadığı mənzilə qanunsuz daxil olub bıçaqla çoxsaylı xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qədir Qasımova Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 157.1-ci (mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər