Qəbiristanlıqlardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb - FOTO

Qəbiristanlıqlardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb - FOTO
Foto
Hadisə 233

Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin müxtəlif vaxtlarına rayon ərazisindəki qəbiristanlıqlardan ümumi dəyəri 300 manatdan çox olan dəmir barmaqlıqları oğurlamaqda şübhəli bilinən rayon sakinləri, Kənan Həsənov və Amil Bayramov saxlanılıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat daxil olub.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət hadisələrini etiraf ediblər. Faktlarla bağlı Gornaboy RPŞ-də araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər