Qəbələdə meşədə köməksiz qalan şəxs xilas edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Laza kəndində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilir ki, məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1986-cı il təvəllüdlü Elşən Sevdiyar oğlu İbişovun dağlıq ərazidə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər çətin keçidli dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Qalereya
Oxşar xəbərlər
İran Baş Prokurorluğundan XƏBƏRDARLIQ: "ABŞ və İsraili dəstəkləyənlərin əmlakları müsadirə ediləcək"
"İran Baş Prokurorluğu ABŞ və İsrailin İrana qarşı hərəkətlərini dəstəkləyən ölkə vətəndaşlarının bütün əmlakını müsadirə edəcək". BAKU.WS Oxu.az-a istinadən xə...