Qazaxda dəhşətli ölüm hadisəsi: Zibil yığan maşından yıxılaraq altında qaldı
23
mar
2022
15:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, təmizlik idarəsinin əməkdaşı B.Əliyev hərəkətdə olan zibil yığan maşının üzərindəki pilləkəndən tutaraq gedən zaman yol kənarındakı ağaca dəyib və yıxılaraq maşının altına düşüb.
Təkər onun başının üstündən keçib və o, hadisə yerindəcə dünyasını dəyişib. Hadisə şəhərin Bakı küçəsində baş verib.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Azərbaycanda qayınata gəlininə təcavüz etdi: "Zorla taxtın üzərinə oturdub..." - TƏFƏRRÜAT
Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib - red.) təcavüz edib. BAKU.WS “teleqraf.com”a ist...