Qaydaları pozan sürücülər cərimələndi - FOTO

Qaydaları pozan sürücülər cərimələndi - FOTO
Foto
Hadisə 153

Tovuzda hərəkət təhlükəsizliyinin pozulması ilə bağlı 20-yə yaxın protokol tərtib edilib.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirib ki, Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə piyadaların daha sıx istifadə etdiyi yollarda, təhsil, tibb və digər müəssisələrin qarşısında təşkil olunan reydlər zamanı mövcud piyada keçidlərindən istifadə etməyən piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb.

Həyat və sağlamlıqlarının qorunması üçün qaydalara riayət etmələrinin vacibliyi izah olunub. Xəbərdarlıqlara rəğmən keçidlərdən istifadə etməməklə özlərinin həyatı ilə bərabər digər hərəkət iştirakçıları üçün real təhlükə yaradan piyadalar və piyadalara yol verməyən sürücülər barəsində protokol tərtib olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Keçidlərdə piyadalara yol verməyən sürücülər cərimələnib - FOTO

Keçidlərdə piyadalara yol verməyən sürücülər cərimələnib - FOTO

Yol hərəkətinin təhlükəsizliyinin təmini, xüsusilə də yollarda piyadaların həyat və sağlamlığının qorunması, o cümlədən piyadaların vurulması ilə nəticələnən yo...

188 Hadisə 11:32 19 sentyabr 2021

Son xəbərlər