Qayda pozuntusuna görə yazılmış protokol səhvən başqa sürücüyə göndərildi
Yeniliklərdən dərhal xəbərdar olun
Texniki vasitə tərəfindən aşkar edilən qayda pozuntusuna görə yazılmış protokol səhvən başqa avtomobil sürücüsünə göndərilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi paylaşım edib.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev isə məsələ ilə bağlı sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, sözügedən şərh araşdırılıb və məsələ ilə bağlı Mərkəzi İnformasiya Sistemində müvafiq düzəlişlər aparılıb.
Oxşar xəbərlər
Bakıda qəza törədib qaçan sürücü saxlanıldı - FOTO
Paytaxtda qəza törədib qaçan daha bir sürücü aşkar edilərək saxlanılıb. BAKU.WS xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Pol...