Qaxda avtomobil ağaca çırpıldı - ATA VƏ ÖVLADLARI YARALANDI
13
avq
2023
20:48
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qaxda avtomobil ağaca çırpılıb, ata və övladları xəsarət alıb.
BAKU.WS Apa-ya istinadən xəbər verir ki, hadisə Qax şəhəri, S.Vurğun küçəsində baş verib.Pərviz Mehdiyev idarə etdiyi "BMW" markalı avtomobili ilə hərəkətdə olarkən, idarəetməni itirməsi səbəbindən avtomobil yol kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində avtomobilin sürücüsü və üç azyaşlı qızları müxtəlif dərəcəli bədən xəsarətlər alıblar. Yaralılar qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəkidə minik avtomobili ağaca çırpılıb, iki nəfər ölüb - YENİLƏNİB
Şəkidə baş verən ağır yol qəzasında biri azyaşlı olmaqla iki nəfər ölüb, üç nəfər isə xəsarət alıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, 1978-ci il təvəllüd...