Qax Kukla Teatrının direktoru mənimsədiyi 48,5 min manatı ödəyib

Qax Kukla Teatrının direktoru mənimsədiyi 48,5 min manatı ödəyib
Hadisə 86

Qax rayon Dövlət Kukla Teatrında mənimsəmə faktı ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Qax rayon Dövlət Kukla Teatrında mənimsəmə faktı ilə bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, teatrın sabiq direktoru Nazim Mahmudov işlədiyi dövrdə bir neçə şəxsin əmək fəaliyyətini həyata keçirmədiyi halda adlarına olan əmək haqqı kartlarına köçürülən ümumilikdə 48 min 554 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəyib.

İstintaq müddətində dövlətə dəymiş ziyan tam şəkildə dövlət büdcəsinə ödənildiyindən, iş üzrə icraata cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən xitam verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Məhkəmə Vüqar Səfərli barədə yeni qərar verdi

Məhkəmə Vüqar Səfərli barədə yeni qərar verdi

Binəqədi rayon Məhkəməsində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəh...

212 Hadisə 10:39 16 may 2021

Son xəbərlər