Bakıda küçədən keçən maskalı şəxslər təşviş yaratdı, məlum oldu ki onlar…
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda gecə saatlarında küçə ilə gəzən maskalı şəxslər təşviş yaradıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Şikayətçi bildirib ki, Zığ qəsəbəsi ərazisində ötən gün sübh tezdən, saat 4 radələrində iki nəfər maskalı şəxs küçədən keçib.
Həmin anlar ərazidəki evin təhlükəsizlik kameralarına düşüb. Ev sahibi hadisə barədə polisə məlumat verib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq.
Nazirlikdən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, görüntülərdəki şəxslər ərazi üzrə mənzil kommunal təsərrüfat birliyinin təmizlik işçiləri olub.
Aydın oldu ki, sakinlərin narahatlıq keçirməsinə heç bir əsas yoxdur.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü
Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı daha bir təfərrüat məlumat olub. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, uşağın anası Ayşən...