Qadının əri tərəfindən ağacla döyülməsi ilə bağlı cinayət işi başlandı - FOTO

Qadının əri tərəfindən ağacla döyülməsi ilə bağlı cinayət işi başlandı - FOTO
Hadisə 192

Paytaxtın Xəzər rayonunda qadının həyat yoldaşı tərəfindən mütamadi olaraq, döyülərək fiziki zorakılığa məruz qalması faktı ilə əlaqədar cinayət işi başlanıb.

BAKU.WS xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində Cinayət Məcəlləsinin 133.1-ci (Əzab vermə – Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsi ilə başlayan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Məlumatı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.

Qeyd edək ki, sosial şəbəkələrdə həyat yoldaşı tərəfindən şiddətə məruz qalan qadının fotoşəkilləri yayılmışdı.

Qadının əri tərəfindən ağacla döyülməsi ilə bağlı cinayət işi başlandı - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər