Qadın həbsdə olan həyat yoldaşı üçün narkotik maddə keçirmək istədi - FOTO

Qadın həbsdə olan həyat yoldaşı üçün narkotik maddə keçirmək istədi - FOTO
Hadisə 105

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı Cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

BAKU.WS bildirir ki, Cinayət Məcəlləsinin 234.4.1, 237.2.3, 228.1 və 318.2-ci maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 10 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Ramil Zabil oğlu Əliyevin yanına uzunmüddətli görüşə gəlmiş arvadı Ağdam rayon sakini Vüsalə Taryel qızı Əliyevanın əl çantasına baxış keçirilən zaman ümumi çəkisi 0,549 qram olan narkotik vasitə tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Qadın həbsdə olan həyat yoldaşı üçün narkotik maddə keçirmək istədi - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər