Prokurorluq: "Koronavirusdan ölən qadının işi ilə bağlı təkrar məhkəmə-tibbi ekspertizası təyin edilib"

Prokurorluq: Koronavirusdan ölən qadının işi ilə bağlı təkrar məhkəmə-tibbi ekspertizası təyin edilib
Hadisə 106

"Koronavirusdan ölən qadının işi ilə bağlı təkrar məhkəmə-tibbi ekspertizası təyin edilib".

Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, vətəndaş Vüqar Sadıqovun, anası Asya Sadıqovanın ölməsi faktı əsasında Nizami rayon prokurorluğunda qeyri-obyektiv araşdırmanın aparılması barədə feysbuk sosial şəbəkəsindəki səhifəsində müraciəti yayımlanıb.

"Bununla bağlı bildiririk ki, koronavirus infeksiyasından vəfat edən Asya Sadıqovanın həkimlər tərəfindən yalnış müalicə olunması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılmaqla ərizəçinin, eləcə də müalicəni aparmış həkimlərin izahatları alınıb.

Araşdırma zamanı təyin edilən komisyon məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən 1943-cü il təvəllüdlü Asya Sadıqovaya təyin edilmiş koronavirus diaqnozuna uyğun olaraq aparılmış müalicə prosesində həkim pozuntularına yol verilməyib.

Buna baxmayaraq, Vüqar Sadıqovun müraciətlərində göstərilən əlavə xüsusatlar nəzərə alınmaqla, həkimlərin apardığı müalicənin bütün detalları ilə əlaqədar təkrar komisyon məhkəmə-tibbi ekspertizası təyin edilib.

Hazırda tam və hərtərəfli araşdırma davam etdirilməklə, toplanmış sübutların məcmusuna əsasən material üzrə qanuni qərarın qəbul edilməsi təmin ediləcək", - məlumatda qeyd olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"Tərtər işi" ilə bağlı daha bir neçə nəfər həbs edilib  - RƏSMİ

"Tərtər işi" ilə bağlı daha bir neçə nəfər həbs edilib - RƏSMİ

"Tərtər işi" ilə bağlı daha bir neçə nəfər həbs edilib. Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, Müdafiə Nazir...

229 Hadisə 11:09 05 sentyabr 2022

Son xəbərlər