“Porsche” ilə 2 uşaq anasını vuraraq öldürən yeniyetmə haqqında qərar verildi
Məhkəmə Bakıda "Porsche” ilə qadını vuraraq öldürən yeniyetmə barəsində qərar çıxarıb.
Bakı şəhər prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, Sabunçu rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli qərarı ilə Sabunçu Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış Fərəcli Ağaəli Fizuli oğlunun barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə dair vəsatəti təmin edilib və o, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilib.
Qərarın icrası Sabunçu İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya və Sabunçu Rayon Polis İdarəsinə həvalə edilib.
BAKU.WS
Oxşar xəbərlər
2 uşaq anasını "Porsche" ilə vuraraq öldürən 16 yaşlı Ağəlinin cəzası məlum oldu
Paytaxtın Bakıxanov qəsəbəsində iki uşaq anası Xəyalə Məmmədovanı "Porsche" markalı maşınla vuraraq öldürən 16 yaşlı Ağaəli Fərəcovun biznesmen atasının obyektl...