Polisdən əməliyyat - Avtoxuliqanlar həbs olundu - FOTO

Polisdən əməliyyat - Avtoxuliqanlar həbs olundu - FOTO
Foto
Hadisə 288

Astarada avtoxuliqanlıq edən sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücülər saxlanılıb.

Astara sakinləri F.Kazımzadə və Ü.Cabbarlı idarə etdikləri “VAZ 2107” markalı avtomobillərlə rayonun Siyaku kəndində yerləşən məktəbin qarşısında nəqliyyat vasitələri, eləcə də piyadalar üçün təhlükəli olan manevrlər və avtoxuliqanlıq hərəkətləri ediblər.

İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin sürücülər saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib və barələrində toplanmış materiallar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.

Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 15 gün müddətində inzibati qaydada həbs olunub. Ü.Cabbarlı isə əlavə olaraq 1 il müddətində sürücülük hüququndan məhrum edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Şəmkirdə avtoxuliqanlıq edən şəxslər saxlanılıb - VİDEO

Şəmkirdə avtoxuliqanlıq edən şəxslər saxlanılıb - VİDEO

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (RPŞ DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə po...

130 Hadisə 11:25 11 fevral 2021

Son xəbərlər