Polis serjantı qidadan zəhərlənərək ölüb? - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 24-ü axşam saatlarında 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayevin səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilməsi və daha sonra həyatını itirməsi ilə bağlı mediada yayılmış məlumat AQTA tərəfindən araşdırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə AQTA-dan apa-ya bildirilib. Araşdırma zamanı hadisənin qida ilə heç bir əlaqəsinin olmadığı müəyyən olunub.
Qeyd edək ki, mayın 25-də saat 05 radələrində polis baş serjantı xəstəxanada vəfat edib. DİN-in mətbuat xidmətindən bildirilib ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.
Göstərilən tibbi müdaxilələrə baxmayaraq o, həyatını itirib.
S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.
Oxşar xəbərlər
Çevik Polis Alayının manqa komandiri ölüb - SƏBƏB
Mayın 25-də saat 5 radələrində polis baş serjantı, Əlahiddə Çevik Polis Alayında manqa komandiri xəstəxanada vəfat edib. DİN-in mətbuat xidmətindən BAKU.WS-ə bi...