Polis piyada keçidlərindən istifadə etməyənlərə qarşı tədbirlər gördü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada yol polisi tərəfindən piyadalar arasında intizamın möhkəmləndirilməsi, onların həyat və sağlamlığının qorunması məqsədi ilə şəhər ərazisində nəzarət-profilaktik tədbirlər keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, xüsusilə də avtomobillərin intensiv hərəkət etdiyi küçə və prospektlərdə keçirilən tədbirlər zamanı ərazidə yeraltı və yerüstü piyada keçidlərinin olmasına baxmayaraq, bəzi şəxslərin yolu müəyyən edilməyən yerlərdən keçdikləri aşkarlanıb. Onlarla maarifləndirici söhbətlər aparılıb və yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib.Bu kimi qayda pozuntularının həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün ciddi təhlükə yaratdığı izah olunub.
Edilən xəbərdarlıqlara baxmayaraq, təkrar analoji qayda pozuntusu törədən piyadalar barəsində inzibati tənbeh tədbirləri görülüb.
Qalereya
Oxşar xəbərlər
Balakəndə qaydaları pozan piyadalar cərimələndi
Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin ed...