Polis narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən qadını saxladı

Polis narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən qadını saxladı
Hadisə 398

Füzulidə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini olan Ə.M. saxlanılaraq idarə etdiyi avtomibillə birlikdə şöbəyə gətirilib.

Onun avtomobilində müvafiq axtarış aparılarkən bir bükümdə psixotrop maddə olan metamfetamin götürülüb.

Araşdırmalarla həmin şəxsin narkotiki pul qarşılığında Saminə adlı rayon sakinindən aldığı müəyyən edilib. Əməliyyatın davamı olaraq keçirilən tədbirlər nəticəsində Saminə Həsənova da saxlanılaraq şöbəyə gətirilib. Onun əlindəki çantaya baxış zamanı külli miqdarda metamfetamin aşkar edilərək götürülüb.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, S.Həsənova barəsində məhkəmənin qərarı ilə həbs, Ə.M. barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycan polisindən böyük əməliyyat - 20 nəfər saxlanılıb - ANBAAN VİDEO

Azərbaycan polisindən böyük əməliyyat - 20 nəfər saxlanılıb - ANBAAN VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələ...

6829 Hadisə 10:34 18 avqust 2021

Son xəbərlər