Polis mayorunun ölümlə təhdid edilməsinin TƏFƏRRÜATI AÇIQLANDI - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevi sosial şəbəkədə ölümlə təhdid edilməsinin təfərrüatı məlum olub.
BAKU.WS xəbər verir ki, hadisə 50 manat pula görə törədilib.
"Evez Vahidovic” adlı Feysbuk istifadəçisi öz səhifəsindən Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevi hədəf göstərərək, "bu adamı qətlə yetirənə 10 min manat pul verəcəm", - deyə yazıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat zamanı bu statusu yazan 35 yaşlı Fərid Quliyev həbs edilib.
O, bu addımı qonşusu Əvəz Muxatovun ondan 50 manat alıb geri qaytarmadığı üçün etdiyini bildirib. Bu yolla qonşusunun həbs ediləcəyini düşünən F.Quliyev "dəmir barmaqlıq"lar arxasına göndərilib.
Oxşar xəbərlər
Kənddə 2 azyaşlıya qarşı BİABIRÇI HƏRƏKƏT: əllərini bağladı, soyundurdu, zorladı... - Azərbaycanda ŞOK
Samux rayonunda azyaşlıya təcavüz etməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Fərid Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti veril...