Polis itkin düşən bu şəxsi axtarır - FOTO

Masallı sakini itkin düşüb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunundan məlumat verilib.
Bildirilib ki, rayonun Böyük Xocavar kəndində yaşayan 1961-ci il təvəllüdlü Məmmədov Mehman Nəzir oğlu iyun ayının 14-ü saat 11 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.
"Mehman Məmmədovun əlamətləri bunlardır: Boyu 168 sm, gözləri qəhvəyi rəngdədir, orta bədən quruluşludur. Evdən çıxarkən əynində mavi rəngli qısqaqol köynək, tünd göy rəngli şalvar, qara rəngli ayaqqabı olub.
Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə, 025-215-3942 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
36 yaşlı qadın 6 gündür itkin düşüb
Masallıda 36 yaşlı qadın itkin düşüb. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, rayonun Ər...