Polis icazəsiz toya görə 4400 manat cərimə yazdı - FOTO

Polis icazəsiz toya görə 4400 manat cərimə yazdı - FOTO
Foto
Hadisə 240

Masallıda şadlıq sarayının sahibi və toy təşkilatçısı cərimə olunub.

BAKU.WS Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata istinadən xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində təşkil edilən toy mərasimində karantin rejiminin qayda və tələblərinin pozulması müəyyən edilib.

Bildirilib ki, toy mərasiminin təşkil edildiyi obyektin sahibi və mərasimin təşkilatçısı barəsində qanunamüvafiq tədbirlər görülüb.

Belə ki, “Qəriblər” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən edilib.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən barələrində protokol tərtib edilməklə həmin şadlıq sarayının sahibi 4 000 manat, toy mərasiminin təşkilatçısı isə 400 manat məbləğində cərimə olunublar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Şadlıq sarayının inzibatçısı həbs olunub

Şadlıq sarayının inzibatçısı həbs olunub

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı “Balakən” şadlıq sarayında keçirilən toy mərasimində karantin rejimlərinin p...

140 Hadisə 09:25 10 avqust 2021

Son xəbərlər