Polis Gəncədə evindən qaçırılan ərli qadının izinə düşüb - TƏFƏRRÜAT - VİDEO

Polis Gəncədə evindən qaçırılan ərli qadının izinə düşüb - TƏFƏRRÜAT - VİDEO
Video
Hadisə 2450
Gəncə polisi Kəpəz rayon sakini, üç uşaq anası, 1990-cı il təvəllüdlü Vüsalə Hüseynovanın itkin düşməsi ilə bağlı araşdırma aparır.BAKU.WS xəbər verir ki, qadın sentyabrın 21-də evinin qabağından qaçırılıb.Qohumları onun həyat yoldaşı Ramin Hüseynovun işdən evə qayıdanda pəncərənin şüşəsinin sındığını və yerdə qan damlaları gördüyünü bildirir. Bundan əlavə, evdə hər şey alt-üst edilibmiş. Buna görə qohumlar naməlum şəxsin mənfəət üçün evə girdiyini və çıxarkən qadını özü ilə apardığını ehtimal ediblər. Lakin Gəncə Şəhər Polis İdarəsi heç bir oğurluğun olmadığını bildirir. V.Hüseynova özü evdən qaçıb. Buna görə fakt oğurluq yox, itkin düşmə kimi qeyd olunub. Üstəlik, oğurluq faktının uyğunsuzluğu başqa bir versiyada da özünü göstərir. Belə ki, Hüseynovlar ailəsinin o qədər maddi imkanı yoxdur ki, cinayətkarlar qadını pul almaq məqsədilə qaçırsın.Hazırda müstəntiqlər itkin düşmüş şəxslərin axtarışı ilə məşğuldur. Gəncə Baş Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, polisdə artıq qadını tapmaq üçün ipucları da var.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Gəncədə ŞOK OLAY: Ərli qadını evindən qaçırdılar - VİDEO/FOTO (YENİLƏNİB)

Gəncədə ŞOK OLAY: Ərli qadını evindən qaçırdılar - VİDEO/FOTO (YENİLƏNİB)

Gəncədə bir neçə gün əvvəl itkin düşməsi ilə bağlı xəbəri yayılan qadının evindən oğurlandığı məlum olub. BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə bu b...

7776 Hadisə 23:10 25 sentyabr 2019

Son xəbərlər