Polis əməkdaşının qətli ilə bağlı RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) Bakıda polis əməkdaşının qətli ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, fevralın 24-də Bakı şəhər sakini Anar Ramazanovun qətlə yetirilməsi barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Anarın ailə-məişət münaqişəsi zəminində qardaşı tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib.
Əməliyyat tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən qardaşı - A.Ramazanov saxlanılıb.
Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, qətlə yetirilən Anar Ramazanov Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşı olub.
Oxşar xəbərlər
2019-cu ildə ölkə gündəmini silkələyən hadisələr
Artıq ilin sonuna az qalıb. Bi neçə gündən sonra 2019-ci il bizim üçün tarixə çevriləcək. Bəs bu il ölkəmizdə hansı cinayət və hadisələrlə yadda qalıb? 2019-cu...