Polis bağçada nəzarətsiz qalan azyaşlının valideynləri və müdirlə söhbət aparıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azyaşlının bağçanı özbaşına tərk edərək küçəyə çıxmasını və nəticədə bir müddət nəzarətsiz qalmasını əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev BAKU.WS-ə bildirib ki, azyaşlının valideynləri və bağça müdiri polis orqanına dəvət olunublar.
“Ərizə və izahatlar alınıb. Bağça müdiri ilə azyaşlını nəzarətsiz qoymaqla yarana biləcək təhlükə ehtimalları barədə profilaktiki söhbət aparılıb və xəbərdarlıq edilib”, - deyə Nurlan Əliyev bildirib.
Qeyd edək ki, bağçada nəzarətsiz qalaraq maşın yoluna qaçan uşaqla bağlı məlumatı ilk olaraq BAKU.WS saytı yayıb.
Oxşar xəbərlər
Bakıda ŞOK OLAY! Uşaq bağçada nəzarətsiz qalaraq maşın yoluna qaçdı - Valideyni təsadüfən onu aşkarladı - VİDEO
Bakıda 2019-cu il təvəllüdlü A.R adlı uşaq baxçanı özbaşına tərk edərək küçəyə çıxıb. Bu barədə BAKU.WS-ə 4 yaşlı uşağın yaxınları məlumat verib. Belə ki, Səbai...