Penitensiar xidmətlə DİN birgə əməliyyat keçirib: Gül qabında gizlədilən heroin aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ədliyyə Nazirliyi Penitensiar xidməti ilə Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat keçirib.
BAKU.WS-in məlumatına görə, Penitensiar Xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis bölməsinin əməkdaşları ilə əvvəlcədən əldə olunmuş əməliyyat məlumatına əsasən birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində aprelin 4-də Bakı şəhəri, Qaradağ rayonu, Qobu park yaşayış kompleksində yerləşən tikiliyə baxış keçirilən zaman orada olan gül qabının içərisində gizlədilmiş ümumi çəkisi 500 qram narkotik maddə - heroin aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərə bıçaqla xəsarət yetirməyə cəhd edib - FOTO
Son günlərdə Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunlarının “Horadiz”, “Göytəpə” və “Şəmkir” sərhəd dəstələrinin əməkdaşları təxmini çəkisi 20 kiloqram 855 qr...