Penitensiar Xidmətin rüşvət alan bölük komandirinə hökm oxundu
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Ağır Cinayətlər Məhkəməsində Penitensiar Xidmətin hərbi hissəsində bölük komandiri olmuş Kazım Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS report-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, ona Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq edilməklə 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Həmçinin hökmdə ona Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib.Qeyd edək ki, K.Həsənov Cinayət Məcəlləsinin 311.2.3 (təkrar rüşvət alma) maddəsi ilə ittiham edilir.Rəsmi ittihama görə, K.Həsənov tabeliyində olan əsgərlərdən həftəsonu buraxılışı və uzunmüddətli məzuniyyətlər üçün rüşvət alıb. K.Həsənov özünü təqsirli bilməyib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Sərxoş halda iki nəfərin ölümünə səbəb olan ilahiyyatçının qardaşına HÖKM oxundu
İçkili vəziyyətdə qəza törədərək iki nəfərin ölümünə səbəb olan şəxs hakim qarşısına çıxarılıb.BAKU.WS musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməs...