Paytaxtın Fəvvarələr meydanında ofisiantlar bıçaqlanıblar

Bakının Səbail rayonunda dava zamanı iki nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Nizami küçəsində yerləşən Fəvvarələr meydanında qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Oktay Şahin oğlu Qurbanlı və onun iş yoldaşı 2002-ci il təvəllüdlü Turqut Tofiq oğlu Cümiyev dava zamanı bıçaqlanıb.
Hadisə onlar sözügedən ərazidə yerləşən restorandan çıxıb evə gedərkən baş verib. Hər iki şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Xəsarət alan şəxslərin vəziyyəti ağır kimi qiymətləndirilir.
Yaralılar restoranda ofisiant işləyirlər.
Fakt üzrə Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
Oxşar xəbərlər
Bakıda üç qardaşın avtoritetlə “razborkası” ölümlə bitdi - VİDEO
2021-ci il noyabrın 27-i saat 21 radələrində Fərid Əliyev 3 saylı şəhər Kliniki Xəstəxanasında ölüb. İlşad Əliyevin isə həyatı xilas edilib. Daxil olan məlumat...