Özünü 5-ci mərtəbədən atmaq istəyən şəxs xilas edildi

Özünü 5-ci mərtəbədən atmaq istəyən şəxs xilas edildi
Hadisə 1150

Şamaxıda intihara cəhdin qarşısı alınıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün Şamaxı rayon sakini, 1986-cı il təvəllüdlü Ramiz Ağayev beşmərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib.

Yaxınlıqdakı insanlar dərhal əraziyə FHN əməkdaşlarını çağırıblar. Ramiz Ağayevin intihar etmək cəhdinin qarşısı alınıb, ona tibbi yardım göstərilib.

Məlumata görə, I qrup əlil olan Ramiz Ağayev həmin binada kirayəda yaşayır.

Onun özünə qəsd etmək istəməsinin səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər