Övladını məktəbdən götürməyə gedən gənc ana yoxa çıxdı - FOTO

Övladını məktəbdən götürməyə gedən gənc ana yoxa çıxdı - FOTO
Foto
Hadisə 1247

Qaxda 30 yaşlı qadın itkin düşüb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Qax şəhər sakini 30 yaşlı Bahar Cəmilova bugün günorta saatlarında övladını məktəbdən götürmək üçün evdən çıxıb və bir daha geri qayıtmayıb. Anasının gəlmədiyini görən uşaq tək başına evə qayıdıb.

Bahar Cəmilova evdən gedərkən əynində yaşıl rəngli, boynu tüklü gödəkcə, ayağında idman ayaqqabısı olub. Boyu 164 sm-dir.

Həyat yoldaşı B.Cəmilovanın evdən çıxarkən qızılları da özü ilə apardığını iddia edir. Lakin qadının şəxsiyyət vəsiqəsi evdədir.

Artıq B.Cəmilovanın itkin düşməsi ilə bağlı yaxınları Qax Rayon Polis şöbəsinə müraciət ediblər.

Onu görənlərdən aşağıdakı mobil nömrə ilə əlaqə saxlamaları xahiş olunur. 055-830-34-65

Oxşar xəbərlər

21 yaşlı Xədicə 13 gündür yoxa çıxıb - FOTO

21 yaşlı Xədicə 13 gündür yoxa çıxıb - FOTO

Sumqayıt şəhərində işlədiyi mağazadan çıxan qız itkin düşüb.BAKU.WS report-a istinadən xəbər verir ki, Sumqayıt şəhəri, 52-ci məhəllədə fərdi evdə yaşayan, 1998...

1683 Hadisə 09:30 30 yanvar 2019

Son xəbərlər