Ölkənin ən bahalı fahişələri tutuldu – FOTO

Türkiyə polisi bu gün səhər saatlarından etibarən tarixində ilk dəfə olaraq əxlaqsız yuvalara qarşı böyük əməliyyatlara başlayıb.
BAKU.WS-in İstiPress-ə istinadən verdiyi məlumata görə, 1731 polisin iştirak etdiyi "Son qapı 1” adlı əməliyyatlar başda İstanbul, Ankara və Samsun kimi böyük şəhərlər olmaqla 13 vilayətdə keçirilir.
Səhər saatlarından indiyədək 731 şübhəli saxlanılıb. Onlar arasında ən baha qiymətə "xidmət” göstərən fahişələr, onları sifariş edənlər, arada vasitəçi rolunu oynayanlar, ev sahibləri var.
Bundan başqa, bahalı fahişə sifarişi ilə məşğul olan 30 internet saytının rəhbərləri də saxlanılıb.
Əməliyyatlar zamanı təxminən 2 milyon lirə dəyəri olan əmlak nəzarətə götürülüb. Əməliyyatların hazırda davam etdiyi və saxlanılanların hələ də olacağı bildirilir.
BAKU.WS


Oxşar xəbərlər
Bakıda ən bahalı ev neçəyədir? - QİYMƏT
Bakıda qeydə alınan ən bahalı yaşayış evinin qiyməti 3.3 milyon manatdır. BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə "MBA Group” konsaltinq şirkətinin baş di...
