Ölkəyə qaçaqmalçılıq yolu ilə siqaret gətirilməsinin qarşısı alındı
Yeniliklərdən dərhal xəbərdar olun
Gömrükçülər tərəfindən xeyli miqdarda tütün məmulatının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Bu barədə BAKU.WS-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilir ki, Culfa dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə Naxçıvan Muxtar Respublikası ərazisinə gələn 99GN233 dövlət nömrə nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsi əsaslı şübhələr olduğundan gömrük yoxlamasına cəlb edilib.
Nəqliyyat vasitəsinin kabinəsinin yoxlanması zamanı yataq yerinin altında xüsusi qaydada hazırlanmış gizli saxlanc yerindən 14 000 ədəd aksiz markası olmayan siqaretlər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda aksiz dərəcələri artırılıb
Azərbaycanda həyata keçirilən iqtisadi siyasət çərçivəsində aksiz dərəcələri mərhələli şəkildə artırılır. BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə...