Ohanyan erməni ordusunda nizam-intizam yaratmaq üçün bu yola əl atdı

Ermənistanın müdafiə naziri Seyran Ohanyan separatçı rejimin "müdafiə ordusu”nun xüsusi görmə cihazları ilə təchiz edildiyini deyib.
ANS PRESS-in məlumatına görə, Ohanyan bildirib ki, texniki vasitələrlə gecə və gündüz müşahidə aparmaq olur. "Kamera-teplovizorların yerləşdirilməsində əsas məqsədlərdən biri döyüş növbəsi ilə bağlı araşdırmaların daha dəqiq aparılmasıdır”.
Yəqin ki, Ermənistan rəhbərliyi bu cihazlar vasitəsi ilə əsgərlərin düzgün xidmət edib-etmədiyini yoxlamağa çalışırlar. Çünki aprel hadislərindən sonra Ermənistan ordusunda xidmətdən yayınma halları artıb və əsgərlər arasında ruh düşgünlüyü dəfələrlə artıb. Döyüş əməliyyatlarından sonra Azərbayacan Ordusundan qorxuya düşən qarşı tərəfin əsgərləri çarəni qaçmaqda görüblər.
Ermənistan tərəfi bir neçə dəfə cəbhə xəttinə xüsusi müşahidə cihazlarının yerləşdirilməsi ilə bağlı təklif irəli sürüb. İddiaya görə, cəbhə xəttinə yerləşdirilən cihazlar atəşin istiqamətini təyin etməlidir.
Bir neçə gün öncə Ermənistan şirkəti sərhədlərdə gecə və gündüz daim müşahidə apara bilən cihaz hazırladığını açıqlamışdı. Qurğunu hazırlayan şirkətin direktoru Araam Ediqaryan deyib ki, cihaz müdafiə standartlarına uyğun işlənib.
Kamera-teplovizor əsasən sutkanın qaranlıq vaxtında iş üçün nəzərdə tutulub. Bununla yanaşı cihaz həm də səs yazılarını qeydə alır. Araam Ediqaryan artıq bu cihaz Ermənistanın Müdafiə Nazirliyinin diqqətini çəkdiyini demişdi.
Əslində təmas xətində kameraların quraşdırılması məsələsi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Fransa səfəri zamanı da müzakirə edilib.
BAKU.WS


Oxşar xəbərlər
Seyran Ohanyan həmin 800 hektardan danışdı: “Ola bilsin danışıqlar predmeti olacaq”
Ermənistan ordusunun aprel döyüşləri zamanı itirdiyi 800 hektar ərazi ola bilsin danışıqlar predmetinə çevriləcək. Virtualaz.org erməni KİV-lərinə istinadən x...
