Oğuz sakini meşədə kəsdiyi ağacın altında qalıb - FOTO
14
okt
2022
16:27
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Oğuz sakini meşədə kəsdiyi ağacın altında qalıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Xalxal kəndi ərazisində, meşəlik ərazidə baş verib.
Belə ki, rayonun Ərmənət kənd sakini 1992-ci il təvəllüdlü Vüqar İlqar oğlu Mustafayev meşədə odun kəsərkən kəsdiyi ağacın budağının altında qalıb.
Hadisə zamanı ağır xəsarət alan 30 yaşlı V. Mustafayev Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
TƏBİB-dən Goranboyda qəzada xəsarət alan 21 nəfərlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib. Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib. Qeyd edilir ki, rayonun Qaramusalı...