Oğurladığı heyvanları öz mal-qarası kimi borcu olan adama verdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran rayonu, Xanbulan kəndi ərazisindəki evlərdən birinin həyətindəki tövlədən 2 baş iribuynuzlu heyvanın oğurlandığı barədə rayon Polis Şöbəsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri ilə həmin heyvanları oğurlamaqda şübhəli bilinən Xanbulan kənd sakini, əvvəllər məhkum olunmuş Əmrah Məmmədli saxlanılıb.
Araşdırmalarla onun Bürcəli kəndindəki daha bir fərdi evin həyətindən iribuynuzlu heyvanı oğurladığı məlum olub. Ə.Məmmədlinin oğurladığı 3 baş heyvanı öz mal-qarası kimi təqdim edərək borclu olduğu şəxsə pulun müqabilində verdiyi müəyyən edilib.
Həmin heyvanlar aşkarlanaraq sahiblərinə qaytarılıb.
Oxşar xəbərlər
20 evdən oğurluq edən şəxslər saxlanıldı - FOTO
Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrılıqda oğurluq edərək cinayət törətmək...