Ödənişli yolda FACİƏ: Bir maşın vurdu, digərləri üstündən keçdi
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, iyulun 1-i səhər saatlarında yolun Şabran rayonu ərazisindən keçən hissəsində sürücü idarə etdiyi avtomobili yolun kənarında saxlayıb.
Bu zaman onu digər nəqliyyat vasitəsi vurub, ardınca isə bir neçə avtomobil sürücünün üzərindən keçib.
Hadisəyə səbəb olan ilk avtomobilin sürücüsü ərazidən qaçıb.
İlkin ehtimallara görə, həyatını itirən şəxs spirtli içki qəbul edibmiş. Onun nə üçün avtomobili yolun kənarında saxladığı isə hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
15 və 17 yaşlı qardaşların öldüyü hadisənin TƏFƏRRÜATLARI
Neftçala rayonunda iki yeniyetmənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. BAKU.WS bizim.media-ya istinadən xəbər verir ki, hadi...