Novxanı-Binəqədi yolunda zəncirvari qəza, yaralılar var - FOTO

Novxanı-Binəqədi yolunda ağır qəza olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza Novxanı-Binəqədi avtomobil yolunun 7-ci kilometrliyində baş verib. Belə ki, hərəkətdə olan 2 "Mercedes" markalı, "Tofaş" və "Toyota" markalı avtomobillərinin iştirakı ilə zəncirvari qəza qeydə alınıb.
Qəza nəticəsində minik avtomobillərinə ciddi ziyan dəyib və 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Bir müddət yolda tıxac yaranıb.
Əraziyə yol polisinin əməkdaşları cəlb olunub və yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.
Qalereya

Oxşar xəbərlər
Kürdəmirdə dəhşətli qəza - 4 ölü, 6 yaralı - FOTO
Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir...