Nömrəsiz avtomobil idarə edən sürücülər cərimələnib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət tədbirləri keçirilib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlər zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən və digər kobud qayda pozuntuları törədən sürücülər aşkar edilib.
Onlara qanunvericiliyin tələbləri izah edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək barələrində inzibati tənbeh tədbirləri görülüb.
Qalereya
Oxşar xəbərlər
Avtoxuliqanlıq görüntülərini sosial şəbəkədə yayan sürücülər saxlanıldılar - FOTO/VİDEO
Balakəndə avtomobilində konstruksiya dəyişikliyi edən, qaydaları pozan sürücü polisin qanuni tələbinə məhəl qoymadığı üçün inzibati həbs olunub. Bu barədə BAKU....