Nisyə verilmədiyinə görə mağazanın altını üstünə çevirən şəxs ƏLƏ KEÇDİ - VİDEO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Neftçalada ərzaq mağazasında vitrinləri dağıdan şəxs saxlanılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında Neftçala rayonunun Bankə qəsəbə sakini, 1980-ci il təvəllüdlü Təhməzov Azad Əbülfəz oğlu şəhər ərazisində yerləşən “Neftçala” market adlı ərzaq mağazasına girərək satıcılardan nisyə mal istəyib.
Onun istəyini yerinə yetirməkdən imtina edən satıcılara etiraz əlaməti olaraq əlindəki dəmir parçası ilə vitrinləri dağıtmağa başlayıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidovun bildirdiyinə görə, hadisə Neftçala rayonu Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azad Təhməzov tərəfindən törədildiyini təsdiqləyib.
Həmin şəxs RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar davam etdirilir.
***11:18
Azərbaycanın Neftçala rayonundakı marketlərin birində gərgin anlar baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Görüntülərdə əlində dəmir parçası olan şəxsin əvvəlcə ərzaqlara, daha sonra “MilliÖn” aparatına zərbə endirməsi öz əksini tapıb.
Marketdə olan kassir və digər şəxs vəziyyəti görüb oradan qaçıblar.
Oxşar xəbərlər
Azərbaycanda qayınata gəlininə təcavüz etdi: "Zorla taxtın üzərinə oturdub..." - TƏFƏRRÜAT
Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib - red.) təcavüz edib. BAKU.WS “teleqraf.com”a ist...