“Neftçi” klubunun bazasına hücum edən azarkeşlər cəzalandırılıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Xətai rayonunda yerləşən “Neftçi” futbol komandasının bazasına klubun bir qrup azarkeşinin hücum etməsi ilə bağlı yayılan məlumat araşdırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən ictimai asayişi pozan şəxslər - Arif Dadaşov, Ceyhun Quliyev, Vasif Rzayev və Sabir Nəzərov müəyyən olunaraq saxlanılıblar.
Onlar barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə A.Dadaşov 30, C.Quliyev 15 sutka inzibati qaydada həbs olunublar, digər iki nəfər isə cərimə edilib.
Oxşar xəbərlər
Azərbaycanda avtoxuliqanlıq edərək şəhərdə yarış təşkil edən şəxs saxlanıldı - ANBAAN VİDEO
Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə...