Neftçalada 65 yaşlı kişi qətlə yetirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Neftçalada həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə BAKU.WS-ə rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, aqustun 30-u saat 12 radələrində 1957-ci il təvəllüdlü Səxavət Əliyevin yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1984-cü il təvəllüdlü Saleh Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Səxavət Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Saleh Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Samuxda 33 yaşlı kişi qətlə yetirildi
Samuxda 33 yaşlı kişi qətlə yetirilib. Bu barədə BAKU.WS-ə rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, iyunun 22-si gecə saatlarında rayonun Füzuli k...