Nazilə Səfərli öldürülən plastik-cərrahla bağlı ŞOK DETALLARI AÇIQLADI - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Şairə Nazilə Səfərli əri tərəfindən qətlə yetirilən plastik-cərrah Türkanə Gündüzlə bağlı danışıb.
BAKU.WS xəbər verir ki, o bildirib ki, həkimin əri Muhammet Gündüz ona xəyanət edib.
Belə ki, Gündüz evində çalışan xanımlardan biri ilə qeyri-rəsmi münasibətdə olub. Ərinin ona xəyanət etdiyini bilən Türkanə ondan boşanmaq istəyib.
Səfərli iddia edib ki, Türkanəni anası zorla Muhammet Gündüzə ərə verib. Türkanə xəyanətə görə ərindən ayrılmaq istədikdə isə, anası buna icazə verməyib.
Xatırladaq ki, Abşeronun Novxanı kəndində şəhid Milli Qəhrəman İlqar Mirzəyev küçəsindəki fərdi yaşayış evlərindən birində cinayət hadisəsi baş verib. 41 yaşlı Türkanə Gündüz əri 56 yaşlı Türkiyə vətəndaşı Muhammet Gündüz tərəfindən öldürülüb.
Ətraflı videoda:
Oxşar xəbərlər
Azərbaycanda tanınmış plastik-cərrah bağ evində öldürüldü - FOTO - YENİLƏNİB
Ötən gecə Abşeron rayonu, Novxanı kəndi, İlqar Mirzəyev küçəsində yerləşən bağ evində qətl törədilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saat 00 radələr...