Naxçıvanda yük və minik avtomobilləri toqquşdu: Xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonun Cəlilkənd ərazisində qeydə alınıb.
İran İslam Respublikasının vətəndaşları - 1983-cü il təvəllüdlü Mərənd şəhər sakini Əli Armankia və 1983-cü il təvəllüdlü Mərənd şəhər sakini İsmayıl Mustafazadənin idarə etdikləri yük avtomobili ilə minik avtomobili toqquşub.
Qəza nəticəsində avtomobildə olan Cəlilkənd sakinləri 1973-cü il təvəllüdlü Kərəm Mustafayev və 1973-cü il təvəllüdlü Mahir Tağıyev, eyni zamanda yük avtomobilində olan İran vətəndaşları xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər, vəziyyətlərinin sabit olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şöbədə arvadını öldürən polislə bağlı bilmədiyiniz ŞOK FAKTLAR - VİDEO - FOTO
CİNAYƏT İŞİ Qısa arayış... 2021-ci il sentyabrın 30-da Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qətl baş verib. Rayon Polis İdarəsinin Post-Patrul Xi...