Naxçıvanda yol qəzası: Ölən və xəsarət alan var - FOTO
Naxçıvanda ağır yol qəzası olub, ölən və xəsarət alan var.
Hadisə Naxçıvan-Şahbuz magistral yolunda, Babək rayonunun Şıxmahmud kəndində qeydə alınıb.
Belə ki, 67-BE-675 dövlət nömrə nişanlı "Hyundai İX35" markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. Hadisə nəticəsində sürücü - Babək rayon Cəhri qəsəbə sakini Vəliyev Telman Yunis oğlu ağır xəsarət alıb. Onun həyat yoldaşı Vəliyeva Südabə Kazım qızı isə hadisə yerində ölüb.
Qəzanın yağışlı hava şəraiti ucbatından baş verdiyi bildirilir. Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.//report
Qalereya
Oxşar xəbərlər
Altı nəfərin öldüyü dəhşətli qəzanın TƏFƏRRÜATI: Toydan qayıdırlarmış - FOTO/VİDEO - YENİLƏNİB - 3
Naxçıvanda iki minik avtomobili toqquşub, nəticədə 6 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb. Ağır yol-nəqliyyat hadisəsi gecə Naxçıvanın Kəngərli rayonunda baş v...