Naxçıvanda universitetin qarşısında 20 yaşlı qızı maşın vurub
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Babək məhəlləsində, “Naxçıvan” Universitetinin qarşısında qeydə alınıb.
Tapdıq İsa oğlu Həydərzadənin idarə etdiyi 75-BL-174 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobil yolu keçən Şahbuz rayon Keçili kənd sakini 2003-cü il təvəllüdlü Səlfinaz Sabir qızı Babayevanı vurub. Hadisə nəticəsində ciddi xəsarət alan 20 yaşlı qız təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Altı nəfərin öldüyü dəhşətli qəzanın TƏFƏRRÜATI: Toydan qayıdırlarmış - FOTO/VİDEO - YENİLƏNİB - 3
Naxçıvanda iki minik avtomobili toqquşub, nəticədə 6 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb. Ağır yol-nəqliyyat hadisəsi gecə Naxçıvanın Kəngərli rayonunda baş v...