Naxçıvanda son 5 ildə 297 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulub
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvanda son 5 ildə 297 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulub, 4 yeni körpü tikilib, 1 körpü bərpa edilib.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyində avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə Agentliyi idarə heyətinin sədri Bəhruz Əsgərov deyib.
O, vurğulayıb ki, son illər muxtar respublikanın qonşu ölkələrlə iqtisadi əlaqələrinin daha da genişləndirilməsində beynəlxalq yük və sərnişin daşımalarında əhəmiyyətli rol oynayan magistral yollar yenidən qurulub.
Belə ki, 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək, 34 kilometrlik Naxçıvan-Culfa və 88,8 kilometrlik Naxçıvan- Şahbuz-Batabat magistral avtomobil yolları yenidən qurularaq istifadəyə verilib.
Oxşar xəbərlər
Yağıntının azlığı Naxçıvanın çaylarında doluluğun aşağı düşməsinə səbəb olub
Bu il yağıntıların miqdarının illik normadan az olması Naxçıvan ərazisindəki çaylarda və digər sututarlarda doluluğun aşağı düşməsinə səbəb olub. BAKU.WS report...