Naxçıvanda külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlanıb

29
apr
2023
21:50
Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yollarla ölkə ərazisinə gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaret aşkar ediblər.
Bu barədə BAKU.WS-ə Dövlət Gömrük Komitəsindən bildirilib.
Belə ki, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları Şərur rayon sakinindən müxtəlif adlarda, ümumilikdə 163 600 ədəd aksiz markası ilə markalanmayan siqaretlər aşkarlayıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şərurda külli miqdarda aksizi olmayan siqaretlər, spirtli içkilər və yivli odlu silah aşkarlanıb - FOTO
Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaret, spirtli içki və yivli odlu silah a...
